Tillerson ilə Əccübeyrin görüşündə hansı mövzular müzakirə edilib?
-
Tillerson ilə Əccübeyrin görüşündə hansı mövzular müzakirə edilib?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Accübeyr ilə ABŞ dövlət katibi Reks Tillersonun Vaşinqtonda baş tutan görüşündə Suriya və Yəməndəki durum daxil olmaqla region məsələləri müzakirə edilib.
İRNA-nın verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmi portalı bildirib ki, Tillerson müzakirələrdən öncə səudiyyəli həmkarını qarşılayarkən müxbirlərə deyib: Tərəflər Yəmən müharibəsi, Suriya və Orta şərqdəki durum, terrorizm ilə mübarizə və digər önəmli regional mövzular barədə fikir mübadiləsi aparacaqlar.
Səudiyyə Ərəbistanının beynəlxalq dairələr tərəfindən Yəməndə insan haqlarını pozduğuna və Suriya və İraqda terrorçuları maliyələşdirdiyinə görə pislənilməsinə rəğmən hələ də Səudiyyə Ərəbistanı ilə hərbi müqavilə imzalamaq və bu ölkəyə silah-sursat satmaqda davam edir.
Son vaxtlar ABŞ prezidentinin Ərrəyada səfəri zamanı iki ölkə arasında 110 milyard dollar dəyərində silah müqaviləsi imzalandı və bu dünyada ən böyük silah müqaviləsi ləqəbini aldı.