Yan 16, 2018 09:37 Asia/Baku
  • Rumıniyanın baş naziri istefa verib
    Rumıniyanın baş naziri istefa verib

Rumıniyanın baş naziri Mixay Tudose dünən gecə öz vəzifəsindən istefa verib.

Tudosenin bu addımı Rumıniyada hakim sosial-demokrat partiyası üzvlərinin bir səsvermədə ona dəstəyin kəsilməsinə səs vermələrindən sonra atılıbdır.

Tudose ötən yeddi ay ərzində istefa verən Rumıniyanın ikinci baş naziridir.

Rumıniyanın keçmiş baş naziri Sorin Qrindyanu da ötən milad ilinin iyun ayında Mixay Tudosenin taleyinə düçar olmuşdu.

Rumıniya rəsmiləri bildiriblər ki, sosial-demokrat partiyasının yüksək vəzifəli üzvlərindən olan Paul Stanesku müvəqqəti şəkildə bu ölkənin baş naziri olacaqdır.

Rumıniya son aylarda bu ölkə başçılarının ölkənin iqtisadi durumunun yaxşılaşdırılmasında faydasız olmalarına, həmçinin korrupsiyaya qarşı xalq etirazlarının şahididir.

Teqlər