Yan 18, 2018 15:09 Asia/Baku
  • BMT-nin baş katibi nüvə anlaşmasına dəstək verib
    BMT-nin baş katibi nüvə anlaşmasına dəstək verib

BMT-nin baş katibi nüvə anlaşmasının icrasını himayə edib.

BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü Stefan Ducarik dünən bir mətbuat konfransında onun bəyanatını qiraət edib.

Antonio Quterreş öz bəyanatında nüvə anlaşmasının ikinci il icra olunmasından razılıq edərək, deyib ki, nüvə anlaşması ilə əlaqəsi olmayan məsələlər bu beynəlxalq anlaşmaya xələl gətirməməlidir.

BMT-nin baş katibi nüvə anlaşmasının region və dünya sülhü və təhlükəsizliyinə kömək etdiyini bildirərək, əlavə edib: Atom Enerjisi üzrə Benəlxalq Agentlik dəfələrlə İranın bu anlaşma əsasındakı öhdəliklərini tam şəkildə icra etdiyini təsdiq edibdir.

Belə bir halda, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini, həmçinin Avropa ölkələrinin başçıları da son aylarda dəfələrlə nüvə anlaşmasının dünya ictimaiyyətinə aid olduğunu vurğulayaraq, bu beynəlxalq anlaşmaya dəstək veriblər.

İran ilə altılıq qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarından icra olunur, amma Amerika hökuməti bu qrupun üzvlərindən biri kimi daim onun icrasında sədaqətsizlik edir.

ABŞ prezidenti Donald Tramp daim nüvə anlaşmasının digər tərəflərinin mövqelərinin əksinə olaraq, bu anlaşmanı dəhşətli anlaşma adlandıraraq, onu pozmağa çalışır, amma dünya Amerika prezidentinin bu düşmənçilik hərəkətilə müxalifdir.

Teqlər