Hollandiya bütün tərəfləri ƏMTP-yə sadiq qalmağa çağırıb
Hollandiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi nüvə razılaşmasının beynəlxalq diplomatiya üçün dönüş nöqtəsi adlandıraraq bütün tərəfləri öz üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmağa çağırıb.
İRNA-nın verdiyi məlumata görə, Hollandiyanın BMT-dəki nümayəndəsi Karel Van Osterom dünən Təhülkəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmasının qadağan edilməsi mövzusunda keçirilən iclasında deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının uğurlu olduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatlarında öz təsdiqini tapıb və bütün tərəflərin bu razılaşma əsasında öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli olduqları lazımdır.
Ölkəsi ƏMTP-ni əhatə edən BMT TŞ-nin 2231 saylı qətnaməsinin icrasını asanlaşdırmaq missiyasına malik olan Ostrom deyib: Hollandiya bu qətnamənin tamamiylə icra edilməsindən arxayın olmaq üçün bütün tərəflərlə əməkdaşlıq edir.
AEBA ƏMTP-yə nəzarət edən beynəlxalq təşkilat olaraq indiyədək yaydığı 9 hesabatında İranın öz öhdəliklərinə sadiq qaldığını təsdiqləmişdir.