Lavrov: Nüvə anlaşmasına hansısa xələləin gətirilməsinə dözməyəcəyik
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın İran ilə nüvə anlaşması barədə yeni müzakirələrin aparılmasını önləmək üçün nə lazımdırsa edəcəyini vurğulyaraq, deyib: Rusiya nüvə anlaşmasına hansısa xələlin gətirilməsini qəbul etməyəcək.
Sergey Lavrov BMT-də təşkil etdiyi mətbuat konfransında deyib: İran ilə nüvə anlaşması hələ ölməyib. Və ABŞ-ın növbəti araşdırmasına kimi qüvvədədir. Rusiya bu anlaşmanın qorunması üçün daha artıq səy göstərəcək. Nüvə anlaşması ilə bağlı qərar Vaşinqtonda verilməyib və biz bu anlaşmaya hansısa xələlin gətirilməsini qəbul etmirik. Avropalılar bunun təhlükəsini yaxşı dərk edirlər. İrandan Yaxın Şərq məsələlərinə müdaxilə etməməsini istəmək qeyri-mümkündür. Çünki, hər bir ölkənin öz maraqları var. Və İranı Yaxın Şərqin bütün mövzularından kənara qoymaq imkansızdır. Moskvanın əldə etdiyi məlumatlara görə, Vaşinqton Avropanı öz mövqeyini dəyişməyə razı salmağa çalışır. Vaşinqtonun nüvə anlaşması ilə bağlı istəkləri Tehran üçü qəbul-edilməzdir."
Lavrov İran ilə nüvə anlaşması barədə də deyib: Əgər bu anlaşmanın hər hansı bir tərəfi ondan çıxarsa, anlaşma çox asanlıqla pozulmuş olacaq.
Rusiyanın xarici işlər naziri daha sonra ABŞ-ın Suriyanın şimalında yerli silahlı qüvvə yaratmasının Suriyanın ərazi bütövlüyünə zidd olduğunu da deyərək, ABŞ-ın bu hərəkətini Suriyanın milli hakimiyyəti və ərazi bütövlüyünü pozması mənasında dəyərləndirib.
Lavrov daha sonra deyib: "Bütün tərəflərin Rusiyanın Soçi şəhərində keçiriləcək Suriya Milli Danışıqlarında iştirak etməsi zəruridir. Suriya böhranını həll etmək üçün əməkdaşlıq etmək lazımdır. Biz Soçi iclasında iştirak etməsi üçün 1500-dən çox suriyalıya dəvətnamə göndərmişik. Cenevrə formatından kənar formatlarda toplantıların keçirilməsi Cenevrə müzakirələri üçün təkmilləşdirici xarakter daşıyır və Astana iclası BMT-nin işini xeyli asanlaşdırıb. Ümidvaram Vyanada keçiriləcək növbəti Suriya müzakirələrində keçmiş səhvlər təkrarlanmasın Bu iclasda bütün suriyalı qruplar iştirak etməlidirlər."