Yan 20, 2018 12:13 Asia/Baku
  • Amerika və Türkiyə Suriyada birbaşa iştiraka malik olmaq istəyirlər
    Amerika və Türkiyə Suriyada birbaşa iştiraka malik olmaq istəyirlər

Suriyalı hərbi analitik Heysəm Həsun Əl-Aləm kanalına verdiyi müsahibədə Amerika və Türkiyənin Suriyanın şimalına hərbi müdaxilələri, Pentaqonun Suriyanın şimalında hərbi təlim keçmək istədiyi qüvvələr barədə deyib: ABŞ və Türkiyənin Suriya ilə bağlı strategiyası dəyişib və onlar Suriyada birbaşa iştiraka malik olmaq istəyirlər.

Heysəm Həsun deyib: "Suriya ordusu və müttəfiq qüvvələrin Suriyanın Badiyə məntəqəsini azad etməsi habelə, Deyrəzzur vilayətini terrorçulardan təmizləməsinin ardınca təqribən 70 min kvadrat kilometrlik bir ərazidə terrorçuların kökü kəsilmiş oldu. Bununla da Amerika və Türkiyə vəkalət savaşının istədikləri nəticəni vermədiklərini anladılar. Buna görə də onlar öz strategiyalarını dəyişdilər. Və vəkalət savaşlarından birbaşa müdaxiləyə və Suriya ərazisinə daxil olmaqla, bu ölkə razisini işğal və bu məntəqələrin demoqrafiyasına dəyişiklik etməklə Suriyada öz maraqlarını təmin etməyə çalışırlar. Amerika Suriyadakı əsas qüvvələrini yəni terrorçuları itirdikdən sonra, ehtiyat qüvvələrini yəni YPG və PYD adlı kürd yaraqlılarını işə salmış olub. Amerika Deyrəzzurdan qaçmağı bacaran İŞİD terrorçularını da kürd yaraqlılarına əlavə edərək, Vaşinqtonun maraqları uğrunda savaşacaq vahid qüvvə yaradıb."

Həsun həmçinin deyib: "Türkiyə də Suriyanın qərbində oxşar metodlardan istifadə edib. Amerika Suriyanın şimalında qalmaq üçün kürd yaraqlılarından istifadə edir. ABŞ-ın Suriyanın şimalında kürd kartı ilə oynaması Türkiyəni ciddi narahat edib. Buna görə də, Türkiyə Fərat Qalxanı əməliyyatı çərçivəsində İdlib vilayətində qalmaq istəyir."

Teqlər