Tramp ABŞ tarixinin ən pis prezidenti adına layiq görülüb
https://azeri.sahartv.ir/news/dünya-i292985-tramp_abŞ_tarixinin_ən_pis_prezidenti_adına_layiq_görülüb
Harvard Universitetinin müəllimi Donald Trampın ABŞ tarixinin ən pis prezidetni adını almağa layiq olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2018 06:05 Asia/Baku
  • Tramp ABŞ tarixinin ən pis prezidenti adına layiq görülüb
    Tramp ABŞ tarixinin ən pis prezidenti adına layiq görülüb

Harvard Universitetinin müəllimi Donald Trampın ABŞ tarixinin ən pis prezidetni adını almağa layiq olduğunu deyib.

İRİB-nin verdiyi məlumata görə, keçmiş amerikalı diplomat və Harvard Universitetinin Kennedi departamentinin müəllimi Nikolas Berenz öz Tvitter səhifəsində paylaşdığı yazıda ABŞ prezidenti Donald Trampa xitabən deyib: "Sən amerikalı deyilsən və bu çox dəhşətli bir təcrübə idi."

Berenz əlavə edib: Tramp Amerikanın daxilində parçalanmaya və bu ölkənin dünya səviyyəsində zəifləməsinə səbəb olub. Tramp ABŞ tarixinin ən pis prezidenti adını almağa layiqdir. 

Nikolas Berenz bunun televiziyalar tərəfindən aparılan reytinq cədvəlləri ilə heç bir əlaqəyə malik olmadığını və Trampın bacarıqsızlığının real nəticəsi olduğunu vurğulayıb. 

Bu kəskin tənqid Ağ Evin büdcə layihəsinin vaxtında Senatda təsdiq edilməsinə nail ola bilməməsinin və Trampın Ağ Evə daxil olmasının birinci ildönümündə ABŞ dövlətinin öz fəaliyyətini dayandırmağa məcbur olmasının ardınca irəli sürülüb.