Yan 21, 2018 09:37 Asia/Baku
  • Con F Kennedi Kitabxanası və Amerikanın Milli Park Muzeyi öz fəaliyyətini dayandırıb
    Con F Kennedi Kitabxanası və Amerikanın Milli Park Muzeyi öz fəaliyyətini dayandırıb

Federal dövlətin öz fəaliyyətini dayandırması ilə Con F Kennedi Kitabxanası və Amerikanın Milli Park Muzeyi də öz fəaliyyətini dayandırıb.

Boston.com saytının verdiyi məlumata görə, Con F Kennedi Kitabxanası və Masaçoset Ştatındakı Milli Park Muzey bəyanat yayaraq, Federal Dövlətin öz fəaliyyətini dayandırmasını nəzərə alaraq, növbəti bildirişə kimi fəaliyyətlərini dayandırırlar. 

Bu məlumata görə, Federal Dövlət bazar gününə kimi fəaliyyətini bərpa etməzsə, təqribən 2 milyondan çox qeyri-hərbçi dövlət qulluqçusunun təqribən yarısının işinə müvəqqəti olaraq xitam veriləcək. 

ABŞ senatında 51 yerə malik olaraq çoxluqda olan Respublikaçılar cümə günü büdcə layihəsini təsdiq etmək üçün lazım olan 60 səsi toplaya bilməyiblər. Nəticə etibarı ilə ABŞ-ın Federal Dövləti öz maliyyə qaynaqlarını təmin edə bilməməsi üçün, fəaliyyətini dayandırmağa məcbur olub. 

Teqlər