Yan 23, 2018 02:52 Asia/Baku
  • Rex Tillerson - ABŞ dövlət katibi
    Rex Tillerson - ABŞ dövlət katibi

ABŞ dövlət katibi İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasına düzəlişin edilməsi üzrə işçi qrupunun yaradılması barədə Britaniya ilə razılığın əldə olmasından xəbər verib.

Asoşeyted Press-in verdiyi məlumata görə, ABŞ dövlət katibi Reks Tillerson  Londonda Britaniyanın baş naziri Tereza Mey ilə görüşdükdən sonra, nüvə anlaşmasına düzəlişin edilməsi üçün işçi qrupunun yaradılması barədə razılığın əldə edilməsindən xəbər verib. 

Tillerson deyib: Bu işçi qrupu gələn həftədən etibarən öz iclaslarına başlaya bilər. 

ABŞ dövlət katibi nüvə anlaşmasındakı bəzi mövzular barədə yenidən müzakirələrin edilməsi haqda ABŞ, Britaniya, Fransa və Almaniya arasında ortaq baxışın olduğunu da deyib. 

İran İslam Respublikası rəsmiləri bundan öncə dəfələrlə nüvə anlaşmasının toxunulmazlığına təkid edərək, bu anlaşmaya hansısa dəyişikliyin edilməsini onun pozulması sayılacağını bildiriblər. 

İran və 5+1 qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin iyulundan icra edilir. Amma, ABŞ dövləti bu anlaşmanı imzalayn ölkələrdən biri olaraq, davamlı olaraq öz öhdəliyindən boyun qaçırdır. 

Teqlər