UNICEF rəsmisi Ruhinca müsəlmanlarının durumundan nigarandır
-
UNICEF rəsmisi Ruhinca müsəlmanlarının durumundan nigarandır
BMT-nin uşaq fondunun bir rəsmisi Myanmada Ruhinca müsəlmanlarının durumundan nigaran qaldığını deyib.
İRİB-in verdiyi məlumata görə, UNICEF-in icra direktorunun müavini Castin Foris Banqladeşdə Ruhinca didərginlər düşərgəsinə baxış keçirərkən deyib: 220 mindən çox Ruhinca müsəlman uşaqları məktəbə getmir və aclıqdan əziyyət çəkir.
O deyib: Myanma rəsmilərinin Banqladeşdəki didərgin müsəlmanların öz ölkələrinə qayıtmalarına dair təklifi, təhlükəsizliyin yaradılmayacağı təqdirdə sadəcə didərginlərin problemlərini artırmış olacaq.
2017-ci il 25 avqustdan indiyədək Myanma ordusunun Raxin vilayətində Ruhinca müsəlmanlarına qarşı repressiv əməliyyatlarında indiyədək 6 mindən çox müsəlman qırğın edilib, 8 min yaralanıb və 800 mindən çox müsəlman da Banqladeşə qaçmalı olub.