Tramp və Davosda anti-İran ifadələrin təkrarlanması
-
Tramp və Davosda anti-İran ifadələrin təkrarlanması
ABŞ prezidenti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda etdiyi çıxışında özünün anti-İran iddialarını təkrar edib.
Donald Tramp bu gün öz çıxışında MAQATE-nin daim öz hesabatlarında İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qaldığını vurğulamasına rəğmən, iddia edibdir ki, dünya İranın nüvə silahı əldə etməsinə mane olmalıdır.
ABŞ prezidenti bildirib ki, İranın regiondakı nüfuzu ilə mübarizə aparmaq lazımdır.
Tramp iddia edib ki, terrorizmlə mübarizə aparacaq.
Tramp həmçinin öz dövlətinin iqtidasi siyasətlərini müdafiə edib və deyib ki, daim özünün ilk prioritetini Amerika qərar verəcəkdir.
Tramp dünən elə bir halda İsverçrənin Davos şəhərinə daxil olubdur ki, bu ölkənin müxtəlif şəhərləri son günlər xalqın onun öz ölkəsinə səfərinə qarşı etiraz aksiyaları səhnəsi olubdur.