ABŞ müttəfiqləri Suriyanın parçalanması sənədini yayımlayıblar
https://azeri.sahartv.ir/news/dünya-i293673-abŞ_müttəfiqləri_suriyanın_parçalanması_sənədini_yayımlayıblar
ABŞ, İngiltərə, Fransa, İordaniya, Səudiyyə Ərəbistanı Suriya hökumətinin regional hökumətlərə parçalanması və bu ölkə prezidentinin səlahiyyətlərinin azalmasını tələb edən sənəd yayımlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 07:22 Asia/Baku
  • ABŞ müttəfiqləri Suriyanın parçalanması sənədini yayımlayıblar
    ABŞ müttəfiqləri Suriyanın parçalanması sənədini yayımlayıblar

ABŞ, İngiltərə, Fransa, İordaniya, Səudiyyə Ərəbistanı Suriya hökumətinin regional hökumətlərə parçalanması və bu ölkə prezidentinin səlahiyyətlərinin azalmasını tələb edən sənəd yayımlayıblar.

Əl-Məyadin teelviziyası cümə axşamı bir xəbərdə bildirib: ABŞ, İngiltərə, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı Suriya ilə əlaqədar bir sənəd yayımlayıblar. Həmin sənəd bu beş ölkənin Suriya böhranı ilə əlaqədar perspektivinə şamil olur. 

Bu sənəd Bəşşar Əsədin iqtidardan getməsi, keçid dövlət heyətinin yaradılmasından söz açmayıb. Lakin çox təhlükəli halları özündə ehtiva edir. 

ABŞ və müttəfiqləri bu sənədi De Misturaya təqdim ediblər. Belə ki, o Cenevrədəki növbəti danışıqları ABŞ-ın iddiası əsasında formalaşdırsın. 

Bu sənəd Suriyanın federalizm adı altında bir neçə bölgəyə bölünməsi, böyük səlahiyyətlərlə regional hökumətlərin yaradılmasını və Suriyanın BMT-nin birbaşa nəzarəti altında idarə olunmasını istəyir. 

Vaşinqtonun müttəfiqləri tərəfindən hazırlanan sənəd BMT-nin qətnamələri, əsasən 2254 saylı qətnaməsini pozur. Çünki bu qətnamə suriyalıların özləri ilə yeni konstitusiyanın tənzimlənməkdə olduğunu rəsmən vurğulayır. 

Cenevrə müzakirələrində Suriyanın konstitusiyasının araşdırılması adı altında bu sənədə əsasən, baş nazirin təyin olunması üçün prezidentin razılığına ehtiyac yoxdur, həmçinin prezidentin parlamenti ləğv etmək səlahiyyəti yoxdur.