Yan 27, 2018 13:50 Asia/Baku
  • BMT nümayəndəsi Suriya böhranının diplomatik yolla həll edilməsini vurğuladı
    BMT nümayəndəsi Suriya böhranının diplomatik yolla həll edilməsini vurğuladı

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi bu ölkə böhranının diplomatik və müzakirələr yolu ilə həll edilməsini vurğulayıb.

Röyters televiziyasının məlumatına görə, Stefan De Mistura ötən gün Suriya böhranının həlli üzrə Vyana müzakirələri başa çatdıqdan sonra mətbuat konfransında Suriyada qarşıdurmalara son qoyulmasını vurğulayaraq deyib: Suriyada hazırkı böhranın yeganə həll yolu suriyalıların rəhbərliyi ilə əhatəli diplomatik proseslə mümkündür. Bu da onların qanuni amalları, müstəqillik və ərazi bütövlüyünə cavabdeh ola bilər.

De Mistura Rusiyanın Soçi şəhərində Suriya bhranı üzrə 29-30 yanvarda keçiriləcək Suriya Milli Dialoq Konqresinin keçirilməsi prosesi ilə tanış olduğunu bildirib.

Suriya təxminən 7 ildir qərb və bəzi region ölkələrinin dəstəklədiyi İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terrorçu və silahlı qrupların iştirakı ilə böhranla qarşı-qarşıyadır.

Suriya ordusu və müqavimət qüvvələrinin irəliləyişləri ilə bu ölkə illərdən sonra terrorizm qarşısında tam qələbə ərəfəsindədir.

Teqlər