Poroşenko və Tillerson Ukrayna ordusunun hərbi təchizatı haqda anlaşıblar
-
Poroşenko və Tillerson Ukrayna ordusunun hərbi təchizatı haqda anlaşıblar
Davos Dünya İqtisad Forumunun kənarında Ukrayna prezidenti ABŞ dövlət katibi ilə Ukrayna ordusunun hərbi təchizatı haqda anlaşma əldə ediblər.
TASS Xəbər Agentliyinin məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko cümə günü Davos Dünya İqtisad Forumunun kənarında ABŞ dövlət katibi Reks Tillersonla görüşdə bildirib: Amerikalı şəriklərinin vəsaiti ilə Ukrayna ordusu üçün yeni hərbi silahların satın alınmasına icazə verilib.
Poroşenko əlavə edib: Bu görüşdə həmçinin birgə şəkildə silah istehsalı, hərbçilərin təlimi və başqa sahələrdə əməkdaşlıqların olunması qərara alındı.
Ukrayna müdafiə naziri Stepan Poltorak da cümə günü bildirib: Fevral ayının əvvəllərində Vaşinqtona səfərindən sonra, ABŞ-ın Javelin tank əleyhinə raketlərin ilk paketi Ukraynaya təhvil veriləcək.
Rusiya ABŞ silahları və hərbi sursatlarının Ukraynaya təhvil verilməsinin mənfi nəticələri, bu ölkənin şərqində atəşkəs rejiminin problemlə üzləşməsi haqda xəbərdarlıq edib.