Ağ Ev qarşısında aksiya
Bir qrup müsəlman ABŞ prezidentinin anti-mühacirət fərmanına qarşı etiraz aksiyası gedişində Ağ Evin qarşısında namaz qılıbdır.
Onlarla nəfər Amerika prezidenti Donald Trampın altı ölkənin- İran, Suriya, Yəmən, Somali, Liviya və Çadın vətəndaşlarına qarşı anti-mühacirət fərmanının verilməsinin ildönümündə Ağ Evin qarşısında piket keçirib.
Etirazçılar bu aksiyada Trampa qarşı şüarlar veriblər. Müsəlman etirazçılar sonra Ağ Evin qarşısında namaz qılıblar.
Donald Tramp öz prezidentliyinin əvvəlində terror hərəkətləri barədə müsəlmanlara ittihamlar vuraraq, bir neçə islami ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarının qadağanı üzrə icra fərmanı imzaladı.
Trampın bu anti-mühacirət qərarından bir il keçməklə ona qarşı etirazlar Amerikanın həm daxilində, həm də xaricində davam edir.