ABŞ prezidenti demokratları casusluqda ittiham edib
Amerika prezidenti demokratları casusluqda ittiham edib.
Amerika prezidenti Donald Tramp öz twitter səhifəsindəki müraciətində yazıb: Amerikanın sabiq dövlət katibi və 2016-cı ildə demokratların prezident seçkilərinə namizədi olmuş Hillari Klinton və demokrat partiyası səy etdilər bu həqiqəti gizlətsinlər ki, "CPS Fyujen" strateji informasiyalar və ticarət araşdırmaları şirkətinə pul veriblər ki, saxta iş düzəltsin və məhkəməni yanıltmaqdan ötrü keçmiş prezident Barak Obamanın dövlətindəki müttəfiqləri tərəfindən Trampın komandasından casusluq istiqamətində bu işdən istifadə edilmiş olsun.
Tramp sonra yazıb: FBI-ın və ədliyyə nazirliyinin rəsmi şəxsləri və müfəttişləri Rusiyanın seçkilərə müdaxiləsi barədə gizli təhqiqat prosesini demokratların xeyrinə və respublikaçıların zərərinə siyasiləşdirdilər; bu məsələ bir müddət bundan öncə təsəvvürolunmaz idi.
ABŞ prezidenti həmçinin FBI-ın gizli qeydlərini yaymaq məsələsini siyasiləşdirməyə görə, qanun icrası üzrə məsul şəxsləri tənqid edib.