Rusiya ABŞ-ın yeni nüvə doktrinasına sərt reaksiya verdi
-
Rusiya ABŞ-ın yeni nüvə doktrinasına sərt reaksiya verdi
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın yeni nüvə doktrinasının yayılmasına reaksiyada bildirib: Vaşinqton Rusiyanı təhdid adlandıraraq öz nüvə proqramları üçün ondan bəhanə kimi istifadə edir. Halbuki onun əsas məqsədi ordu və hərbi sənayeyə əlavə vəsait ayırmaqdır.
O həmçinin Rusiyanın 1987-ci il nüvə qüvvələri sazişini pozması ittihamını rədd edib.
Nüvə Vəziyyətinə Yenidən Baxış adlı sənəd çərçivəsində yayımlanan ABŞ-ın yeni nüvə doktrinası ABŞ prezidenti Donald Trampın 2017-ci ildə Ağ Evə daxil olmasından sonra irəli sürdüyü çərçivələr və məzmunlar istiqamətində tənzimlənib. Bu sənəd silahlara nəzarət qruplarının sərt tənqidinə səbəb olub.
Amerikalı nüvə alimi Lisbet Gronlundun dediyinə görə, Tramp heç bir mülahizəni nəzərdə tutmayan istiqamətə doğru hərəkət etməkdədir. Bu yol ABŞ-ın təhlükəsizliyini istər indi, istərsə də uzun müddətə azaldacaqdır.
Pentaqonun yeni nüvə sənədi 2010-cu ildə Barak Obamanın prezidentliyi dövründə təsdiqlənən sənədə alternativ olacaq.
Bu sənədə əsasən, yeni nüvə silahlarının istehsalı və önəmli qeyri-nüvə obyektlərinə hücumlara nüvə reaksiyası nəzərdə tutulub. Əslində bu sənəddə hücuma tuşlanan dünyanın əsas nüvə qüdrətlərindən biri Rusiyadır.
Bu sənəddə bildirilib ki, ABŞ-ın nüvə cəbbəxanalarının funksiyası önləyici xarakterlidir, önləyicilik cavabdeh olmazsa, misal üçün Rusiya prezidenti ABŞ və NATO müttəfiqləri əleyhinə böyük qeyri-nüvə hücumuna göstəriş verərsə, Rusiyaya nüvə hücumu olunsun.
Beləliklə ABŞ-ın nüvə strateqləri bu ehtimalı verirlər ki, bu sənəd Rusiyanı illüziyadan çıxarmalıdır. Çünki bu ölkə Avropa ərazisinə önləyici nüvə hücumları edə bilər. Bu sənəddə bildirilib ki, ABŞ yalnız özü, müttəfiqləri və şəriklərinin önəmli infrastrukturlarını müdafiə etmək üçün ağır şəraitdə nüvə silahlarından istifadə edə bilər. Ağır şərait strateji qeyri-nüvə obyektlərinə hücumlara şamil ola bilər. İrimiqyaslı qeyri-nüvə hücumları ABŞ və müttəfiqlərinin vətəndaşları və infrastrukturlarına hücuma şamil olur. Lakin onunla məhdudlaşmır.