ABŞ prezidentinin nitqlərini yazan istefa verdi
ABŞ prezidentinin köməkçilərindən biri keçmiş həyat yoldaşına qarşı güc tətbiq etməsi səbəbi ilə istefa verib.
Fars xəbər agentliyinin məlumatıa görə, ABŞ hökumətində istefalar seriyasının davamında, ABŞ prezidenti Donald Trampın köməkçisi və prezidentin nitqlərini yazan David Sorenson keçmiş həyat yoldaşı Cessika Korbet əleyhinə gücdən istifadə etməsi ittihamına görə, vəzifəsindən istefa verib.
8 fevralda da Ağ Evin işçilərindən biri Robert Porter keçmiş həyat yoldaşına qarşı gücdən istifadə etməsi ittihamı ilə öz vəzifəsindən istefa vermişdi.
Tramp hökumətində istefalar artıq analoji hal almışdır. Bu isə onun məğlubiyyətə uğramış siyasətləri və funksiyasından narazılığın artmasının nəticəsidir.
Donald Tramp iqtidara gəldiyi vaxtdan onun hökumətinin bir çox rəsmisi, istər hökumətdə, istərsə də hərbidə öz vəzifəsindən istefa vermişdir. Əlbəttə bu istefaların bəzisi elan olunmur.
Bəzi ABŞ rəsmilərinin qeyri-etik və cinsi ittihamlarının kənarında, istefaların bir hissəsini Trampın ölçülməmiş davranışlarının nəticəsi hesab etmək olar.