Amerikalı ekspert: Silahı asan əldə etmək silahlı insidentlərin səbəbkarıdır
Bir amerikalı ekspertin qənaətincə, Amerika Birləşmiş Ştatlarında silahı asan əldə etmək ölkənin müxtəlif bölgələrində silahlı insidentlərin baş verməsinin əsas səbəbkarıdır.
ABŞ Marşallar Xidmətlərinin sabiq direktorunun müavini Metyu Fog deyir: Silahı asan əldə etmək Amerikada silahlı insidentlərlə əlaqədar hadisələrin baş verməsinin səbəbi sayılır.
O deyib: Proqnoz olunduğu kimi, bu proses ABŞ-da təbii proses hesab olunur. Çünki küçələrdə çoxlu miqdarda silah vardır. Bu silahları əldə etmək çox asandır. Çoxlu sayda insan silah əldə edə bilər. Santiaqo, Las-Veqas və digər bölgələrdə oxşar hadisələr baş vermişdir. Bu hadisələr Birləşmiş Ştatlarda baş verməkdədir. Biz vəziyyətə nəzarət edə bilmirik.
O həmçinin deyib: Biz bu silahları insanlardan ala bilmərik. Kimlərin silah daşıdıqlarını bilməliyik. Bu silahların hansı məkanlarda olduğunu bilməliyik. Bu silahlar qeydiyyata alınmalıdır. Vəziyyətə güclü nəzarət olmalıdır. Hal-hazırda belə nəzarət yoxdur. Biz bu silahların hansı məkanlarda olduğunu bilmirik. İnsanlar asanlıqla silah əldə edə bilirlər. Elə buna görə, şəxslər asanlıqla məktəblərə gedə və başqa insanların ölümünə səbəb ola bilərlər.
Floridada silahlı şəxsin məktəbdə odlu silahdan atəş açması nəticəsində azı 17 nəfər həlak olub.