Fev 19, 2018 11:31 Asia/Baku
  • İŞİD dağıstanda terror törədib
    İŞİD dağıstanda terror törədib

Rusiyanın Dağıstan Muxtar Respublikasında bir kilsəyə silahlı hücumun məsuliyyətini terrorçu İŞİD qrupu öz üzərinə götürüb. Həmin hücumda 10 nəfər ölüb və yaralanıb.

SkyNyus telekanalı İŞİD-ə aid olan Əmaq telekanalına istinadən bildirib ki, bu terrorçu qrup Dağıstan Muxtar Respublikasında terror aktının məsuliyyətini öz üzərinə götürüb. 

Dünən axşam Dağıstanda bir silahlı kişi kilsədən çıxmaqda olanların üzərinə atəş açıb və bu hadisədə 5 nəfər ölüb, 5 nəfər də yaralanıb. 

Dağıstan polisi bu hücumda bir qadının da iştirak etdiyini və atışmadan öncə aradan çıxdığını sonra isə təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını bildirib. 

Son illərdə Dağıstan, Çeçenistanla bərabər İŞİD-in hədəflərindən birinə çevrilmişdir. 

 

Teqlər