Fev 24, 2018 15:48 Asia/Baku
  • İŞİD və taliblər Əfqanıstanda bu günkü terror aktlarının məsuliyyətini öz üzərinə götürüb
    İŞİD və taliblər Əfqanıstanda bu günkü terror aktlarının məsuliyyətini öz üzərinə götürüb

Terrorçu İŞİD qrupu Kabildə, taliblər isə Hilmənd vilayətində törədilən terror aktlarının məsuliyyətini öz üzərlərinə götürüblər. Bu terror aktları bu gün törədilib.

İRİB-in Kabildən verdiyi məlumata görə, bu gün səhər çağı Əfqanıstan paytaxtı Kabildə ABŞ səfirliyi yaxınlığında törədilən partlayışda iki nəfər ölüb 5 nəfər yaralanıb. 

Bəzi mənbələr Kabil partlayışında ölənlərin sayının 18 nəfər olduğunu bildiriblər. 

Başqa məlumata görə, Hilməndin icra hakimiyyətinin sözçüsü Ömər Zavak deyib: Əfqanıstanın Hilməndin mərkəzi olan Ləşgərgah şəhərinin Karte Ləgən ərazisində yerləşən milli təhlükəsizlik idarəsinin ofisi partlayışın hədəfində olub və bunun nəticəsində 3 nəfər yaralanıb. 

Bu gün səhər Hilmənd vilayətinin Nadəli şəhərində də bir partlayış törədilib. 

Terrorçu İŞİD qrupu  və Taliblərin terror hücumları son həftələrdə artıb və bu terror aktlarında yüzlərlə əfğan mülki və hərbçi həlak olub. 

Teqlər