BAT Fransadan Ərəbistana silah satışını dayandırmasını istədi
-
BAT Fransadan Ərəbistana silah satışını dayandırmasını istədi
Beynəlxalq Amnistiya Təşkilatı Fransadan Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərini silah satışını dayandırmasını istəyib.
Ölkəsinin Yəməndəki cinayətlərinə görə Avropa Parlamentində soyuq qarşılanan Cübeyr səhərisi gün “Sahil” iclasının kənarında Avropa başçıları ilə xatirə şəkli çəkdirərək, Ərəbistanın hətta Afrikada belə terrorizm əleyhinə mübarizə apardığı görüntüsünü yaratmağa çalışıb.
Buna baxmayaraq, Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında bir daha Fransadan Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə silah satışını dayandırmasını istəyib. Çünki, bu ölkələr həmin silahlardan Yəməndə müdafiəsiz sivil əhalini hədəfə almaq üçün istifadə edir.
Fransa televiziyasının aparıcısı bu xüsusda öz sualı ilə naziri çətin vəziyyətə salıb: “Hörmətli nazir, bir daha sorşuram, Yəmən xalqının başına yağdırılan bombalar Fransa istehsalıdır?”
Bu sualın cavabında nə deyəcəyini bilməyən nazir isə suala aid olmayan sözlər ilə Fransanın hərəkətini əsaslandırmağa çalışıb: “Satılan silahlar müqavilə əsasında müəyyən edilmiş təyinat üzrə istifadə edilməlidir. Amma, müharibə şəraitində vəziyyət dəyişə bilər. Necə ki, Yəməndə bunun şahidiyik.”
Aparıcı isə bu cavaba qane olmayaraq, bir daha soruşur: “Sualımı yenidən təkrar edirəm, Yəmən xalqının başına yağdırılan bombalar Fransa istehsalıdır?”
Fransız nazir isə yenidən Fransa hökumətinin Ərəbistanın Yəməndəki cinayətlərinə şərik olmasını əsaslandırmağa çalışır və deyir: “Oxşar vəziyyətdə olan və silah alan bir çox ölkə var. Güman edirik ki, bu silahlardan istifadə edilməsin.”
Bundan öncə də, hazırda Fransanın xarici diplomatiya idarəsinin başında duran xanım Parlinin əməkdaşı, Ərəbistana silah satışını aşkar formada müdafiə etmişdi.
Teleaparıcının “Ərəbistana silah satdığınız üçün fəxr edirsiniz?” sualına nazirin cavabı belə olmuşdu: “Biz ərəbistana o qədər də çox silah satmırıq. Səudiyə Ərəbistanı Fransanın şərikidir.”
Aparıcı isə cavabında: “Və insan haqlarını da pozur”.
İndiyə kimi Səudiyə Ərəbistanı Qərb dövlətlərindən aldığı silahlar ilə Yəməndə on minlərlə insanı qırğın edib.