Tramp geri addım atdı; hərbi paradla bağlı istəyini geri götürdü
-
Tramp geri addım atdı; hərbi paradla bağlı istəyini geri götürdü
Donald Tramp ABŞ ordusunun paytaxt Vaşinqtonda hərbi parad keçirməsi ilə bağlı istəyini geri götürüb.
ABŞ prezidenti Donald Tramp bazar günü Foks Nyus kanalına verdiyi müsahibədə hərbi parad və onunla bağlı məsələlər haqda deyib: "Belə bir hərbi paradın münasib vəsait hesabına keçirilməsi imkanının olub-olmadığını araşdırmaq lazımdır. Əgər bacarmasaq, bu işi görməyəcəyik. Baxmayaraq ki, generallar və mən bu paradın keçirilməsini istəyirik."
"Militari Tayms" mətbu orqanı tərəfindən aparılan rəy sorğusuna əsasən, rəy sorğusunda iştirak edənlərin 89%-i belə bir hərbi paradın keçirilməsinə qarşı çıxaraq, bunu israfçılıq hesab ediblər.
Pentaqon və ABŞ ordusunun digər rəsmiləri belə bir paradın keçirilməsi üçün lazım olan logistik məsələlər habelə, ağır tankların paytaxt küçələrindən keçməsi ilə bağlı öz narahatlıqlarını elan ediblər.
Ağ Evin büdcə məsələləri üzrə müdiri Mayk Mulvani də konqresmenlərə belə bir paradın keçirilməsinin ən azı 30 milyon dollar vəsaitə ehtiyaclı olduğunu deyib.