Fev 27, 2018 19:17 Asia/Baku
  • Avropa və Ərəb ölkələri nazirləri Trampın Qüds haqda qərarının mənfi nəticələrini vurğulayıblar
    Avropa və Ərəb ölkələri nazirləri Trampın Qüds haqda qərarının mənfi nəticələrini vurğulayıblar

Brüsseldə ərəb ölkələrinin nazirlər heyəti avropalı həmkarları ilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqda görüşüblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Ərəb Liqasının baş katibi Əhməd Əbülqeyt, İordaniya, Fələstin, Ərəbistan, Misir, Mərakeş və BƏƏ xarici işlər nazirlərindən ibarət heyət Brüsseldə avropalı həmkarları və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ilə görüşdə ABŞ prezidenti Donald Trampın Qüds haqda qərarının nəticələri barədə iclas keçiriblər.

Ərəb və Avropa ölkələri xarici işlər nazirləri bu iclasda Trampın Qüds haqda qərarının nəticələrini çox təhlükəli hesab ediblər.

Əhməd Əbulqeyt bu görüşdə beynəlxalq qanun-qaydalara sadiq qalan və ABŞ-ın Qüds haqda qərarına qarşı çıxan ölkələri alqışlayıb.

Teqlər