Kuşnerin səlahiyyətləri məhdudlaşdırılır
-
Kuşnerin səlahiyyətləri məhdudlaşdırılır
ABŞ prezidenti Donald Trampın kürəkəni eyni zamanda Yaxın Şərq məsələləri üzrə müşaviri olan Cerar Kuşner gündəlik olaraq məxfi sənədləri yoxlamaq səlahiyyətinə malik idi. Amma, kifayət qədər siyasi təcrübəyə malik olmadığı həmçinin, BƏƏ, Çin və İsraililə ticarət əlaqələrinin xeyli mürəkkəb olmasına görə, bu səlahiyyətdən məhrum edilib.
Kuşner bir ildən çoxdur ki, ona "həssas və məxfi məlumatlar"a giriş icazəsi verən müvəqqəti sənəd əsasında fəaliyyət göstərirdi. Amma, onun bu səlahiyyəti əlindən alınıb. Ağ Evin Kadrlar Şöbəsinin müdiri Con Koli ötən cümə gününə kimi daimi lisenziya ala bilməyən Ağ Ev rəsmilərinin müvəqqəti lisenziyalarının ləğv edilməsi barədə göstəriş verib. Ağ Ev rəsmilərindən biri Con Kolinin göstərişinin icra edildiyini təsdiq edib.
Donald Tramp Con Kolinin qərarını ləğv edə bilər və ya birtərəfli qaydada Kuşnerə daimi lisenziya verə bilərdi. Amma, Kolinin qərarına hörmətlə yanaşıb.
Kuşner Ağ Evin onlarla müşavirindən biridir. Və bir ildən çoxdur ki, daimi təhlükəsizlik lisenziyasına malik olmadan fəaliyyət göstərirdi.
Kuşnerin məxfi sənədlərə giriş səlahiyyətinin məhdudlaşdırılması xəbəri Trampın müttəfiqləri arasında bu xüsusda ehtimalların irəli sürülməsinə səbəb olub.
Bəlkə də Kuşnerin Ağ Evdən getməsi üçün geri sayım artıq başlanıb. Bunu zaman göstərəcək.