Armen Sarkisyan Ermənistanın yeni prezidenti olub
https://azeri.sahartv.ir/news/dünya-i297441-armen_sarkisyan_ermənistanın_yeni_prezidenti_olub
Ermənistanda prezidentlik sisteminin parlament sisteminə dəyişməsilə Armen Sarkisyan bu ölkə parlamentinin üzvləri tərəfindən Ermənistanın prezidenti seçilibdir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 03, 2018 07:02 Asia/Baku
  • Armen Sarkisyan Ermənistanın yeni prezidenti olub
    Armen Sarkisyan Ermənistanın yeni prezidenti olub

Ermənistanda prezidentlik sisteminin parlament sisteminə dəyişməsilə Armen Sarkisyan bu ölkə parlamentinin üzvləri tərəfindən Ermənistanın prezidenti seçilibdir.

Ermənistan parlamenti əksəriyyət səslə onu bu ölkənin prezidenti seçibdir.

Frans-Press İrəvandan göndərdiyi reportajda yazıb: Ermənistan parlamentinin üzvləri cümə günü öz ölkələrinin yeni prezidentini elə bir halda seçiblər ki, bu ölkənin əsas qanununun islahından sonra prezidenti qüdrəti və ixtiyarları son dərəcə azalıbdır.

Ermənistan əsas qanununun bu ölkə prezidentinin təşəbbüsü ilə 2015-ci ildə aparılmış və bir referendumda xalq tərəfindən təsdiq olunmuş islahında Serj Sarkisyanın 2018-ci ilin sonlarına təsadüf edən ikinci və sonuncu dövrünün sonunda icra hakimiyyətinin ixtiyarlarının azaldılması və parlamentin ixtiyarlarının artırılması nəzərdə tutulubdur.

Ermənistanda müxalifətin məsul şəxsləri bu qənaətdədirlər ki, Serj Sarkisyan ölkənin əsas qanununda belə dəyişiklikləri həyata keçiribdir ki, ölkənin siyasi həyatına hökmranlığını qoruyub saxlaya bilsin.

Müxalif siyasi partiyaların bütün müxalifətləri və etirazlarına rəğmən, Ermənistanın əsas qanununda aparılmış islahatlar ilə, bu ölkədə prezident vəzifəsi təqribən zahiri xarakter alıbdır.

Ermənistan müxalifətinin başçıları ölkələrinin əsas qanununun islahını hazırkı prezidentin qüdrətinin qorunması üzrə bir hiylə adlandırıblar.

Yeni prezident vəzifəsinə yeganə namizəd olan 64 yaşlı Armen Sarkisyan Ermənistanın İngiltərədəki səfiri kimi fəaliyyət göstəribdir.

Ermənistan prezidenti parlament üzvləri tərəfindən yeddiillik bir dövr üçün seçilir, halbuki bundan öncə bu ölkədə prezidentlik dövrü beş il idi.

Ermənistanın əsas qanununda aparılmış islahatlara görə, bu ölkənin gələcək baş naziri ordu qüvvələrinin baş komandanı olacaqdır.

Ermənistan müxalifətinin bu ölkə parlamentindəki nümayəndəsi Edmon Marukiyan vurğulayıb: Bütün bu dəyişikliklər belə bir məqsədi güdübdür ki, hazırda prezidenti əlində olan ixtiyarlar gələcək baş nazirə tapşırılsın. Bütün bu işlər ona görədir ki, ölkədə "super baş nazir" vəzifəsi yaradılmış olsun.