Sel bir turizm cazibədarlığı yaradıb
Mart 03, 2018 16:44 Asia/Baku
Braziliyada sel bir turizm cazibədarlığı yaradıbdır.
Təqribən bir ay bundan öncə Braziliya meşələrində həddindən artıq leysan yağışları yağdı. Həmin fenomen indi Braziliyanın cənubunda bir turizm cazibədarlığının formalaşmasına səbəb olubdur. Güclü leysan yağışı "Jadim" məntəqəsinin yaxınlığındakı çayın tüğyan etməsinə və suyun ətraf məntəqələrə axmasına səbəb olubdur. Hazırda bu məntəqədəki bir meşə yolu tam şəkildə suyun altına getmiş gözəl bir hövzəyə çevrilibdir. Bu məkan ətraf mühit turizmi üçün bir mərkəzə çevrilibdir. Yerli sakinlərin dediklərinə görə, bu, olduqca nadir bir fenomendir və təkcə leysan yağışı yağarkən baş verir.