Ərəbistan vəliəhdinin Londona səfərinin ləğv edilməsi üzrə xalq etirazları davam edir
-
Ərəbistan vəliəhdinin Londona səfərinin ləğv edilməsi üzrə xalq etirazları davam edir
10 mindən çox britaniyalı tərəfindən imzalanan bir petisiyada Ərəbistan vəliəhdinin Londona səfərinin ləğv edilməsi istənilib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan vəliəhdinin Londona səfər etməsi ilə müxalif olanlar Britaniya Parlamentinin rəsmi internet səhifəsinə bir petisiya yerləşdirərək, baş nazir Tereza Meydən Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın Londona səfərinin ləğv edilməsini istəyirlər. Petisiyanı imzalayanların sayı hər gün daha da artır.
Britaniya Parlamentinin rəsmi internet səhifəsində yerləşdirilmiş bu petisiyada Ərəbistan insan haqları üzrə dünyada ən pis duruma malik ölkə olaraq qeyd olunub.
Bu petisiyada deyilir: Məhəmməd bin Salman Yəmənə qarşı savaşda indiyə kimi on minlərlə insanın ölməsinə səbəb olub.