İslam; dünyada inkişaf etməkdə olan ən böyük din
Amerikanın PİO araşdırma mərkəzi islam dininin dünya üzrə inkişaf etməkdə olan ən böyük dinə çevriləcəyini proqnoz edib.
DW xəbər portalının verdiyi məlumata görə, PİO araşdırma mərkəzi özünün son hesabatında islamın 2070-ci ilədək dünyanın ən böyük dininə çevriləcəyini bildirərək İslamın inkişaf tempinin dünya üzrə əhalinin inkişaf tempindən daha sürətli olduğunu vurğulayıb.
PİO araşdırma mərkəzinin bildirdiyinə görə, 2010-2050-ci illərdə müsəlmanların sayında 73 faiz inkişaf olacaq. Xristianlıqda isə bu rəqəm 35 faiz təşkil edəcək.
PİO araşdırma mərkəzi bildirib: Müsəlman cəmiyyətinin indiki inkişaf tempi olduğu kimi davam edərsə 21-ci əsrin sonunda müsəlmanların sayı xristianları üstələyəcək.
Bu mərkəz dünyada xristianların sayının azalmasına toxunaraq bildirib: Əsrin sonunadək 40 milyon insan xristian olacaq eyni zamanda 106 milyon insan bu dini buraxacaq.