Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları
Amerikanın Xəzxinədarlıq Nazirliyi Qərb ilə Rusiya arasında gərginliyin artması ilə eyni zamanda bir neçə rusa və rusiyalı quruma qarşı sanksiya tətbiq edib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın Xəzinədarlıq Nazirliyi bu gün Moskvaya qarşı təzyiqlərin gücləndirilməsi cəhdlərinin davamında Rusiyaya qarşı sanksiyaların müddətini uzadaraq həmçinin sankiya siyahısına Rusiya vətəndaşları və qurumlarından ibarət yenilərinin adını da əlavə edib.
Bəyanata görə Rusiyanın internet araşdırmaları agentliyi və bu agentliklə əlaqədə olan 14 nəfər sanksiya sihahısına daxil edilib.
Vaşinqton siyahıya yenilərinin əlavə edilməsini ABŞ-dakı seçkilərə müdaxilə və kibernetik təxribatlara cəhdlərlə əsaslandırıb.
Rusiya Prezidenti Vladimir Putinə yaxın adamlardan olan milyonçu Yvgeni Viktoroviç Priqujin də sanksiya siyahısında adı çəkilənlər sırasındadır.