Rusiya səfiri: ƏMTP-yə yenidən baxılmasına ehtiyac yoxdur
-
Rusiya səfiri: ƏMTP-yə yenidən baxılmasına ehtiyac yoxdur
Rusiyanın İrandakı səfiri deyib: İran ilə 5+1 qrupu arasında nevə razılaşmasına yenidən baxılmasına heç bir ehtiyac yoxdur.
Rusiyanın Tehrandakı səfiri Levan Caqarian Təsnimə verdiyi müsahibədə Amerikanın ƏMTP-dən çıxması ehtimalı barədə deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı beynəlxalq razılaşmadır və bu razılaşmadan çıxaraq mənfəət əldə edəcəyini düşünən hərhansı bir ölkə şübhəsiz ki səhvə yol vermiş olur.
Rusiyanın Tehrandakı səfiri İranın raket proqramı barədə isə deyib: Bu məsələnin ƏMTP-na aidiyyatı yoxdur və qərb ölkələri regional məsələlər barədə İranla müzakirə etmək istəyirlərsə təhdid və ultimatum olmadan bərabər şəraitdə bunu etməlidirlər.
Caqarian deyib: Amerika və onun müttəfiqləri bir tərəfdən heç bir sənəd təqdim etmədən Rusiyanı öz daxili işlərinə müdaxilə etməkdə ittihamlandırır, digər tərəfdən isə Rusiya və digər ölkələrin daxili işlərinə açıq-aşkar şəkildə qarışırlar.