Keçmiş agentin zəhərlənməsində Britaniyanın əli ola bilər
https://azeri.sahartv.ir/news/dünya-i299067-keçmiş_agentin_zəhərlənməsində_britaniyanın_əli_ola_bilər
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi keçmiş rusiyalı agentin zəhərlənməsində Britaniyanın əlinin olması ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2018 18:26 Asia/Baku
  • Keçmiş agentin zəhərlənməsində Britaniyanın əli ola bilər
    Keçmiş agentin zəhərlənməsində Britaniyanın əli ola bilər

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi keçmiş rusiyalı agentin zəhərlənməsində Britaniyanın əlinin olması ehtimalından xəbər verib.

AvroNyus-un verdiyi məlumata görə, Rusiyanın BMT-dəki nümayəndəsi Vladimir Çijov deyib: Rusiyalı keçmiş agent Sergey Skripalın zəhərlənməsində istifadə olunmuş kimyəvi maddə Britaniyada bir lobaratoriyada istehsal edilibmiş. 

Rusiyanın BMT-dəki nümayəndəsi deyib: Rusiyanın Sergey Skripal və onun qızının zəhərlənməsində rolu olmayıb. 

Sergey Skripalın Britaniyanın Salzburi şəhərində zəhərlənməsi London ilə Moskva əlaqələrində gərginliyə səbəb olub.