Mart 19, 2018 19:27 Asia/Baku
  • Moqerini: Avropa İrana qarşı sanksiya üçün bir təklifə malik deyil
    Moqerini: Avropa İrana qarşı sanksiya üçün bir təklifə malik deyil

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, bu birliyə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bir təklif irəli sürülməyəcək.

Federika Moqerini bu gün deyib: Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında İran barədə söhbət ediləcək, amma bu ölkənin sanksiya edilməsi üçün heç bir təklif irəli sürülməyəcəkdir.

Moqerini nüvə anlaşması üzrə müştərək komissiyanın cüməgünkü iclasına işarə edərək, deyib ki, bu iclas və Vyanada keçirilmiş yaxşı görüşlər barədə informasiyalar Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin ixtiyarına qoyulacaqdır.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi əlavə edib: Bu iclasda həmçinin nüvə anlaşmasının tam şəkildə icrasını mümkün edən metodlar barədə söhbət ediləcək.

Bəzi medialar bundan öncə İngiltərə, Almaniya və Fransanın İranın raket proqramına qarşı yeni sanksiyalar təklifinin irəli sürüləcəyindən xəbər vermişdilər.

Teqlər