Rusiya hava yollarında Antonov-148-dən istifadə qadağan edilib
https://azeri.sahartv.ir/news/dünya-i299316-rusiya_hava_yollarında_antonov_148_dən_istifadə_qadağan_edilib
Rusiyanın nəqliyyat idarəsi bu ölkənin hava yollarına göstəriş verib ki, Antonov-148 təyyarəsindən istifadəni dayandırsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2018 09:18 Asia/Baku
  • Rusiya hava yollarında Antonov-148-dən istifadə qadağan edilib
    Rusiya hava yollarında Antonov-148-dən istifadə qadağan edilib

Rusiyanın nəqliyyat idarəsi bu ölkənin hava yollarına göstəriş verib ki, Antonov-148 təyyarəsindən istifadəni dayandırsın.

Ötən ay bir ədəd Antonov-148 təyyarəsinin süqut etməsinin ardınca Rusiyanın nəqliyyat idarəsi bu göstərişi verdi.

Saratov hava yollarına məxsus və Ukrayna istehsalı olan bir ədəd Antonov-148 təyyarəsinin fevralın 11-də Moskva yaxınlığında süqut etməsi nəticəsində onun bütün 71 sərnişini həlak oldu.