Mart 23, 2018 17:56 Asia/Baku
  • Fransanın cənub-qərbində iki terror hadisəsi baş verib
    Fransanın cənub-qərbində iki terror hadisəsi baş verib

Fransanın cənub-qərbində iki terror hadisəsi baş verib. Nəticədə azı iki nəfər ölüb, bir neçə nəfər də yaralanıbdır.

Fransanın təhlükəsizlik mənbələri bildiriblər ki, bir fransalı polis Karkasson şəhərində hədəfə alınıb. Ondan sonra bir silahlı şəxs Trebes şəhərindəki bir supermarketdə insanları girov götürüb. Bu hadisə Karkasson hadisəsindən on beş dəqiqə sonra baş verib.

Trebes meri iki nəfərin öldürülməsindən, azı səkkiz nəfərin də girov götürülməsindən xəbər veribdir.

Bu hadisələr barədə artıq təfərrüat hələ verilməyibdir. Amma deyilənlərə görə, bir polis məmuru girovgötürən şəxsin əsirliyində qalmaqda davam edir.

İnformasiya mənbələri xəbər veriblər ki, girovgötürən şəxs İŞİD ilə beyət etdiyini bildiribdir.

Fransa prokurorluğu da vurğulayıbdır ki, bu girovgötürmə bir terror hadisəsi hesab olunur.

 

Teqlər