Mart 23, 2018 21:08 Asia/Baku
  • Əfqanıstanda onlarla Taliban və İŞİD ünsürü öldürülüb
    Əfqanıstanda onlarla Taliban və İŞİD ünsürü öldürülüb

Əfqanıstan ordusunun hava və quru hücumlarında onlarla Taliban və İŞİD ünsürü öldürülüb.

Əfqanıstanın müdafiə nazirliyi bu gün bir bəyanat yayaraq bildirib ki, bu miqdarda Taliban və İŞİD ünsürü Əfqanıstanın doqquz vilayətində keçirilən bir neçə hava hücumunda və bu ölkənin təhlükəsizlik qüvvələrilə çoxlu sayda toqquşmada öldürülüb. Həmçinin bu hücum və toqquşmalarda 34 nəfər yaralanıb, bir qrup terrorçu da həbs olunubdur.

Əfqanıstanın müdafiə nazirliyinin bəyanatında deyilir ki, ölənlər arasında on dörd İŞİD üzvü vardır.

Bu bəyanatda habelə vurğulanıb ki, İŞİD üzvü olan bir fransalı qadın da həbs olunan şəxslər arasındadır.

Əfqanıstanın müdafiə nazirliyi həmçinin bildiribdir ki, bu əməliyyatda terror qruplarının bir neçə gizli məkanı məhv edilib və bu ölkənin təhlükəsizlik qüvvələri çoxlu miqdarda silah və sursat aşkar və müsadirə edibdir. Onlar həmçinin şose yolu kənarında bir neçə bombanı zərəsizləşdiriblər.

Teqlər