Mart 27, 2018 16:48 Asia/Baku
  • Rusiya Qərb dövlətlərinin hərəkətini cavabsız qoymayacaq
    Rusiya Qərb dövlətlərinin hərəkətini cavabsız qoymayacaq

Moskva Qərb ölkələrinin Rusiya diplomatlarının bu ölkələrdən çıxarılması üzrə rəftarını təhrikedici və dostcasına olmayan hərəkət hesab edərək, bunun cavabsız qalmayacağını bildirib.

Rusiya Əl-Yəum kanalının verdiyi məlumata görə, Moskva Rusiya diplomatlarının Qərb ölkələrindən çıxarılmasını yanlış qərar adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib: Rusiya prezidenti Vladimir Putin hazırda Qərb ölkələrinin hərəkətinə cavab tədbirlərini araşdırmaqla məşğuldur.

Rusiya Xarici İşlər Nazirliyi də Qərb dövlətlərinin rus diplomatların çıxarılması üzrə hərəkətini təhrikedici və dostcasına olmayan rəftar kimi qiymətləndirib.

Rusiya Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Qərb ölkələri xüsusilə Amerika, Kanada və Avropa Birliyinə üzv bəzi ölkələr sabiq rus casus Sergey Skripal və qızının İngiltərənin Salzberi şəhərində sinir qazı ilə zəhərlənməsi hadisəsində Britaniyanın Rusiya əleyhinə ittihamlarını dəstəkləyərək, Rusiya diplomatlarının bu ölkələrdən çıxarılması barədə qərarlarını açıqlayıblar.

Moskva Britaniyanın Skripalın Rusiya tərəfindən zəhərlənməsi ilə bağlı iddiasını təsdiq edəcək hansısa fakta malik olmadığını vurğulayaraq, ittihamları əsassız adlandırıb.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə məsələnin mümkün olan ən yaxşı formada, yəni Kimyəvi Silahların Yayılmasına Qadağa Təşkilatının nəzarəti altında müstəqil araşdırmaların aparılması yolu ilə həll edilməsini istəyib.

Rusiyanın Berlindəki səfiri Sergey Nincayev də Rusiya diplomatlarının qovulmasını dostcasına olmayan hərəkət adlandırıb və deyib: Təəssüflər olsun ki, qərblilər iddialarını sübut etmək üçün heç bir dəlil və sübuta malik deyillər.

Teqlər