Dünya Con Boltonun seçilməsi ilə daha da təhlükəli olub
https://azeri.sahartv.ir/news/dünya-i300088-dünya_con_boltonun_seçilməsi_ilə_daha_da_təhlükəli_olub
Britaniya Müharibənin Dayandırılması Koalisiyası çərşənbə axşamı günü bir bəyanatda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun militarist siyasətləri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2018 05:22 Asia/Baku
  • Dünya Con Boltonun seçilməsi ilə daha da təhlükəli olub

Britaniya Müharibənin Dayandırılması Koalisiyası çərşənbə axşamı günü bir bəyanatda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun militarist siyasətləri haqda xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Britaniya Müharibənin Dayandırılması Koalisiyası bu bəyanatda bildirib: Boltonun seçilməsi ilə ABŞ prezidenti Donald Trampın öz hücum xarakterli siyasətlərindən geri çəkilməsi ehtimalı sıfıra endi. 

Bu bəyanatda bildirilir: Dünya Con Boltonun Trampın milli təhlükəsizlik müşaviri seçilməsi ilə daha da təhlükəli olub. Çünki o ötən iki dekadada hücum siyasətlərinin tərəfdarı olmuşdur. 

ABŞ-ın bir çox rəsmisi və tanınmış şəxsiyyəti də Boltonun milli təhlükəsizlik müşaviri olaraq təyin olunmasından nigaranlıq edib.