Ərrəyad üçün növbəti uğursuzluq
Amerikalı hakim Səudiyyə Ərəbistanının 2001-ci il 11 sentyabr hadisəsinn qurbanlarının ailələri tərəfindən bu ölkəyə qarşı şikayətlərə son qoyulmasına dair səylərinə, Casta qanununa istinadən qarşı çıxıb.
Röyters xəbər verir ki, ABŞ-ın Manhetten ştatının hakimi Corc Danyelz bir hökm çıxararaq 11 sentyabr hadisəsi ilə əlaqədar Səudiyyə Ərəbistanına qarşı kompensasiya məqsədli şikayətlərə hüquqi cəhətdən baxılmasının davam etdirilməsini vurğulayıb.
ABŞ konqresi 2016-cı il 28 sentyabrda "Terrorizm himayədarlarına qarşı ədalət"(CASTA) adlı qanun qəbul edərək 11 sentyabr hadisəsi qurbanlarının şikayət etmələrinə zəmin yaratdı.
Bu qanundan sonra Səudiyyə Ərəbistanına qarşı şikayətlərlə məhkəməyə müraciətlər oldu. Ərrəyad CASTA qanununa qarşı bir çox lobbiçilik cəhdləri göstərsə də nəticəsiz qalmışdır.