Lavrov: Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır
Rusiya xarici işlər naziri bildirib: ABŞ-ın son hərəkətinə reaksiyada Rusiya da 60 amerikalı diplomatı öz ərazisindən çıxarır.
TASS Xəbər Agentliyinin məlumatına görə, Sergey Lavrov cümə axşamı gecə ABŞ səfiri Con Hantsmenin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasını təsdiqləyərək deyib: Rusiya ona bildirib ki, ABŞ-ın son hərəkətinə reaksiyada Birləşmiş Ştatların Moskvadakı səfirliyinin 58 diplomatı, bu ölkənin Yekaterinburqdakı konsulluğunun 2 diplomatı ölkədən çıxarılacaq.
Ötən bazar ertəsi günü ABŞ və dünyanın 30-a yaxın ölkəsi koordinasiyalı şəkildə Sergey Skripalın məsələsi haqda İngiltərəyə dəstək olaraq rus diplomatların bir qrupunu ölkəsindən çıxarıb.
İngiltərədə yaşayan Rusiyanın sabiq zabiti 66 yaşlı Sergey Skripal bir müddət öncə qızı ilə birlikdə şübhəli şəkildə Salsburi şəhərində bir skamyanın üzərində huşsuz vəziyyətdə tapılıblar.
Bununla əlaqədar ABŞ bildirib ki, Rusiyanın 48 diplomatı və BMT-dəki 12 nümayəndəsini çıxaracaq, həmçinin Rusiyanın Sietldəki konsulluğunu bağlayacaq.
Skripal 2010-cu ildə ABŞ və Rusiya arasında casus mübadiləsi zamanı İngiltərəyə sığınıb.
İngiltərə rəsmiləri iddia edirlər ki, Skripal Rusiya istehsalı olan zəhərli iflic edən maddə ilə təmas etməsi nəticəsində bu vəziyyətə düşüb. Elə buna əsasən İngiltərə ötən həftə 23 rus diplomatı ölkədən çıxardı. Qarşılığında Rusiya da 23 ingilis diplomatı ölkədən çıxarmaqdan əlavə Moskvada İngiltərə Şurasının fəaliyyətini dayandırdı.