Rusiya Uralda yeni raketləri sınayıb
Mart 30, 2018 07:26 Asia/Baku
-
Rusiya Uralda yeni raketləri sınayıb
Rusiya hərbi rəsmiləri Ural bölgəsində hərbi təlimlərdə yeni raketlərin sınaqdan keçirildiyini bildiriblər.
Russia Today televiziyasının məlumatına görə, Rusiya hərbi rəsmiləri cümə günü bildiriblər: Uralda Rusiyanın strateji raket qüvvələrinin hərbi təlimlərində 10 mindən çox hərbçi və min hərbi avtomobil iştirak edib.
Məlumata görə, bu hərbi təlimlərdə bir neçə yeni silah, o cümlədən Yars qitələrarası ballistik raketlər sınaqdan keçirilib.
Məlumatlara görə, bu hərbi təlimlərin ilk günündə 20-dən çox raket sınaqdan keçirilib.
Miq-31 qırıcı təyyarələri, kəşfiyyat təyyarələri, bir neçə hərbi helikopter, Pilotsuz Uçan Aparatlar bu hərbi təlimlərdə iştirak edib.
Teqlər