Sputnik: Rusiyanın Sietldəki baş konsulu casusluq ittihamını əsassız adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i300296-sputnik_rusiyanın_sietldəki_baş_konsulu_casusluq_ittihamını_əsassız_adlandırıb
Rusiyanın Sietl şəhərindəki baş konsulu Valeri Timaşov bildirib: Konsulluq diplomatlarının casusluğu haqda irəli sürülən informasiyalar əsassızdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2018 16:11 Asia/Baku
  • Sputnik: Rusiyanın Sietldəki baş konsulu casusluq ittihamını əsassız adlandırıb
    Sputnik: Rusiyanın Sietldəki baş konsulu casusluq ittihamını əsassız adlandırıb

Rusiyanın Sietl şəhərindəki baş konsulu Valeri Timaşov bildirib: Konsulluq diplomatlarının casusluğu haqda irəli sürülən informasiyalar əsassızdır.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın Sietl şəhərində konsulluğu bağlanan Rusiya baş konsulu Valeri timaşov bir müsahibədə bildirib ki, San Fransiskoda əsas konsulluğu bağlanandan Sietldə konsulluğun bütün işçiləri başqa bölgələrdən gələn Rusiya vətəndaşlarının məsələlərini həll etmək üçün işin artması ilə üzləşiblər. Buna görə, bu konsulluğun diplomatlarına başqa fəaliyyətlər göstərmək üçün boş vaxtın qalması məsələsi əsassızdır. 

Timaşov bu qənaətdədir ki, son vaxtlar ruslar əleyhinə irəli sürülən ittihamlar qərbin nəzərdə tutduğu Rusiyafobiya istiqamətindədir.