İngiltərə polisi Rusiya təyyarəsində axtarışın aparılmasını rədd etdi
-
İngiltərə polisi Rusiya təyyarəsində axtarışın aparılmasını rədd etdi
Britaniya polisi cümə günü Hİtro hava limanında Moskvadan gələn "Airbus" təyyarəsində axtarış aparmasına dair xəbərləri rədd edib.
İRNA-nın verdiyi məlumata görə, Britaniya polisi bir bəyanat yayaraq, Rusiya təyyarəsində axtarışın aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərdən agahdır. Amma, Moskvadan Londona gələn təyyarədə axtarış aparmayıb.
Rusiya "Airflot" hava yolları şirkətinə məxsus "A321" təyyarəsinin Londonda yerə enməsindən sonra, Britaniya polisinin təyyarəyə daxil olduqlarını və təyyarədə axtarış apardıqlarını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə deyib: Britaniya rəsmiləri təyyarənin pilotu və ekipaj üzvlərindən, təyyarəni tərk etmələrini istəyiblər.
Zaxarova həmçinin deyib: Britaniya polisinin təyyarədə təxribatçılıq ardınca olduqları tamamilə aydındır. Buna görə də təyyarədə şahidin qalmasını istəməyiblər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu hərəkəti Britaniya hökuməinin ən son "təhrikedici" hərəkəti adlandırıb və deyib: London hadisə ilə bağlı izahat verməyib.
Rusiya və Britaniya əlaqələri sabiq rus casus Sergey Skripal və qızının zəhərlənməsi hadisəsinin ardınca xeyli gərginləşib. Britaniya və onu dəstəkləyən 30-a yaxın ölkə tam ahəngdar bir hərəkətdə bir qrup rus diplomatın ölkədən qovulması barədə qərar qəbul ediblər.
Moskva Sergey Skripalın zəhərlənməsi hadisəsi ilə bağlı irəli sürülən ittihamları rədd edir.