Fransanın şərqində musiqi festivalına avtomobillə hücum olunub
Apr 01, 2018 08:33 Asia/Baku
-
Fransanın şərqində musiqi festivalına avtomobillə hücum olunub
Fransa polisi ölkənin şərqində musiqi festivalının keçirildiyi məkana avtomobillə hücumun olunduğunu bildirib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, şənbə gecə bir şəxs Fransanın şərqində Viyaban şəhərində musiqi festivalının keçirildiyi məkana sürüb.
Fransa polisi indiyə qədər tələfatın olmadığını bildirib.
Polis məmurları hücum edən şəxsin 34 yaşlı olduğunu hesab edirlər, lakin onun kimliyini açıqlamaqdan çəkiniblər.
Fransa polisi bu hücumun terror aktı olması haqda da sükut edib.
Qeyd edək ki, bir müddət öncə Trebes şəhərində girov hadisəsində 3 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdı.