Rusiya sərhədlərində kəşfiyyat uçuşlarının sayı artıb
-
Rusiya sərhədlərində kəşfiyyat uçuşlarının sayı artıb
Rusiya Müdafiə Nazirliyi bu ölkə sərhədləri yaxınlığında kəşfiyyat uçuşlarının sayının artmasından xəbər verib.
Rusiya Müdafiə Nazirliyinin mətbu orqanı Krosnaya Zvezda qəzetinin məlumatına görə, Müdafiə Nazirliyinin rəsmiləri şənbə günü bildiriblər: Rusiya ilə qərbin qarşıdurmasının kəskinləşməsi ilə əcnəbi kəşfiyyat təyyarələrinin bu ölkə sərhədləri yaxınlığında uçuşlarının sayı artmışdır.
Rusiya Müdafiə Nazirliyi rəsmilərinin məlumatına görə, ötən bir həftədə Rusiya sərhədlərində 23 xarici təyyarə uçuş edib. Halbuki ötən həftə 16 uçuş qeydə alınmışdı.
Rusiya Müdafiə Nazirliyi rəsmiləri həmçinin bildiriblər ki, ötən həftə 6 dəfə Rusiya təyyarələri xarici təyyarələrin izlənməsi üçün havaya qalxıb və bu ölkənin hava zolağının pozulmasına mane olublar.