Apr 02, 2018 17:54 Asia/Baku
  • Rusiya yeni raketinı sınaqdan keçirib

Rusiyanın Müdafiə Nazirliyi nüvə başlığı daşıyan raketləri məhv etmək qabiliyyətinə malik yeni müdafiə raketini uğurla sınaqdan keçirdiyini bildirib.

İRNA-nın məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi nüvə başlığı daşıyan raketləri hədəfə almaq özəlliyinə malik raketini bu gün sınaqdan keçirdiyini bildirib. 

Bu məlumata görə, bu raket bu gün Qazaxıstandakı "Sarı Şaqan" hərbi bazasından atılıb.

Rusiyanın Müdafiə Nazirliyi bu raketin, buraxılmasından bir neçə saniyə sonra hədəfə alınmış ballistik raketi vurmağa qadirdir. 

Rusiya ordusu Havadan Müdafiə Qüvvələrinin komandan müavini Andrey Prixodko raketin sınaqdan keçirilməsindən sonra deyib: Raket qeyri-münasib hava şəraitində sınaqdan keçirilib. 

Rusiyanın yeni müdafiə raketi 100 kilometrlik uçuş radiusuna malikdir və 30 km hündürlüyə kimi olan məsafədə istənilən raketi o cümlədən qitələrarası və ballistik raketləri hədəfə almağa qadirdir. 

Rusiyanın bu yeni raketi səsdən sürətlidir və son dərəcə ağıllıdır. 

Teqlər