İngiltərə polisi bu ölkə xalqının mobil telefonlarından casusluq edir
https://azeri.sahartv.ir/news/dünya-i300632-İngiltərə_polisi_bu_ölkə_xalqının_mobil_telefonlarından_casusluq_edir
İngiltərə polisi supermodern casusluq aparatından istifadə edərək, sahiblərinin xəbəri olmadan şəxslərin mobil telefonlarının bütün informasiyalarını telefondan çıxarmağa qadirdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2018 05:00 Asia/Baku
  • İngiltərə polisi bu ölkə xalqının mobil telefonlarından casusluq edir
    İngiltərə polisi bu ölkə xalqının mobil telefonlarından casusluq edir

İngiltərə polisi supermodern casusluq aparatından istifadə edərək, sahiblərinin xəbəri olmadan şəxslərin mobil telefonlarının bütün informasiyalarını telefondan çıxarmağa qadirdir.

Tayms nəşrinin vebsaytı xəbər veribdir ki, İngiltərə polisi bu aparatdan istifadə edib, şəxslərin mobil telefonlarının şifrələrini sındıraraq, hətta telefondan silinmiş informasiyaları belə, çıxara bilər. Bu məsələ insan haqlarını müdafiə qruplarını nigaran edibdir.

Bu texnologiya ilk dəfə olaraq, 2012-ci il olimpiya oyunları zamanı London polisi tərəfindən istifadəyə verilib, amma ondan istifadə indiyədək davam edibdir.

"Gizlilik" adlı beynəlxalq insan haqları orqanı bildirir ki, İngiltərə polisinin hərəkəti məhkəmə icazəsi və ya şəxslərin məlumatlandırılmalarını tələb edir və həmin məsələ insan haqları qaydalarına zidd sayılır.