Tramp Ərəbistanı "sağır"
https://azeri.sahartv.ir/news/dünya-i300906-tramp_Ərəbistanı_sağır
Ərəbistanın pullarına tamah salmış ABŞ prezidenti doymaq bilmir və hər gün yeni bir oyun oynayaraq, bacardığı qədər daha artıq neft dollarlarını cibə endirməyə çalışır. Ərəbistan isə “ölü qaz” kimi Trampın onu yolmasına dözməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 14:50 Asia/Baku
  • Donald Tramp və Məhəmməd bin Salman
    Donald Tramp və Məhəmməd bin Salman

Ərəbistanın pullarına tamah salmış ABŞ prezidenti doymaq bilmir və hər gün yeni bir oyun oynayaraq, bacardığı qədər daha artıq neft dollarlarını cibə endirməyə çalışır. Ərəbistan isə “ölü qaz” kimi Trampın onu yolmasına dözməyə çalışır.

Tramp bir neçə gün öncə tam qətiyyətlə Suriyadakı iştirakın sərfəli olmadığını tezliklə bu ölkədən çıxacaqlarını dedi.

Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman isə narahatlıqla “belə etməyin” mesajını göndərdi. Tramp isə Ərəbistanı  yenidən “sağmaq” üçün əlinə fürsət keçdiyini görüb, “pulunu versəniz, bir az da qalarıq” mesajını verdi. Ərəbistana milyardlarla dollar silah satdıqdan sonra kinayə ilə Bin Salmana “ bu pullar sizin üçün bir şey deyil, bir az da silah alın” dediyi son görüşdə olduğu kimi.

Trampın Ərəbistanı “qaz kimi yolmaq” bacarığını daha artıq dərk edə bilmək üçün “Tramp; anlaşma sənəti” adlı kitaba müraciət etmək lazımdır. Tramp bu kitabda “çənə vurmağın” sirlərinə aydınlıq gətirib. Müxtəlif müqavilələrin imzalanmasında elə bu metodlardan istifadə etdiyini yazır.

Amerikalı kinorejissor Roy O Connor məsələnin nədən ibarət oldğunu çox qısa və aydın formada bəyan edir: “Ərəbistan vəliəhdi Məhəmməd bin Salman iqtidarda qalmaq üçün davamlı olaraq Amerikaya pul verməli olduğunu düşünür. Tramp da bunu çox yaxşı başa düşüb. Tramp iqtisadi maraqları üçün Ərəbistanın puluna ehtiyaclıdır.”

Ağ Ev bir bəyanat yayaraq, ABŞ-ın Suriyadakı missiyasının başa çatmaq üzrə olduğunu bildirib. Əlbəttə, bunun üçün hansısa dəqiq tarix qeyd olunmayıb.

Ərəbistan nə qədər pul versə də, Tramp doymaq bilmir. Buna görə, hər dəfə yeni bir oyun oynayaraq, Ərəbistandan daha artıq pul qopartmağa çalışır.