Peskov: Rusiyanın "Tvitter" diplomatiyası yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i301692-peskov_rusiyanın_tvitter_diplomatiyası_yoxdur
Rusiya prezidenti Vladimir Putinin sözçüsü ABŞ prezidenti Donald Trampın Tvitterdə rusiyaslı həmkarı ilə görüşməyə çalışması ilə bağlı paylaşdığı yazılara reaksiyada deyib: ABŞ prezidenti hazırkı kövrək vəziyyətin daha da pisləşməsinə səbəb olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2018 08:31 Asia/Baku
  • Peskov: Rusiyanın

Rusiya prezidenti Vladimir Putinin sözçüsü ABŞ prezidenti Donald Trampın Tvitterdə rusiyaslı həmkarı ilə görüşməyə çalışması ilə bağlı paylaşdığı yazılara reaksiyada deyib: ABŞ prezidenti hazırkı kövrək vəziyyətin daha da pisləşməsinə səbəb olur.

Sputnik-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib: Biz ciddi bir yanaşmanın tərəfdarıyıq və hazırkı kövrək vəziyyətin daha da korlanmasına səbəb olacaq addımlardan çəkinmək lazımdır.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Tvitterdə  Moskvanı təhrik edəcək təhdid xarakterli yazılar paylaşıb,Tramp Rusiyaya Suriya prezidenti Bəşşar Əsədi himayə etməsinə görə, bu ölkəyə qarşı yaxşı, yeni və ağıllı raketlərin atılmasına hazır olmasını deyib.

Tramp həmçinin, Moskva və Ağ Ev arasındakı əlaqələrin hər zaman olduğundan daha pis vəziyyətlə üzləşməsi üçün hər hansı bir səbəbin olmadığını deyərək, bütün ölkələrin bir-biriləri ilə əməkdaşlıq etməsini istəyib.