Suriyaya qarşı təcavüzə Rusiyadan ilk reaksiya
-
Suriyaya qarşı təcavüzə Rusiyadan ilk reaksiya
Rusiyanın Amerikadakı səfiri Amerika, Britaniya və Fransanın Suriyaya qarşı hücumu barədə xəbərdarlıq edərək deyib: Suriyaya hücumun mənfi nəticələri olacaq.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov 3 qərb ölkəsinin bu gün səhər Suriyaya qarşı hücumuna ilk reaksiyada deyib: Öncədən hazırlanmış sennari həyata keçirilməkdədir və Moskva bu kimi hərəkətlərin mənfi nəticələri barədə xəbərdarlıq etmişdi.
Antonov bu hərəkətin bütün məsuliyyətinin Vaşinqton, London və Fransanın üzərinə düşdüyünü bildirərək deyib: Rusiyanın ən əsas nigaranlığı reallaşdı və Moskvanın xəbərdarlıqları nəticəsiz qaldı.
Rusiyanın Amerikadakı səfiri Rusiya prezidenti Vladimir Putinin təhqir edilməsinin qəbulolunmaz olduğunu bildirərək deyib: Amerika kimyəvi silahların ən böyük anbarına malik olaraq digər ölkələri danlamağa haqqı çatmır.
Amerika, Britaniya və Fransa bu gün səhər Suriyada müəyyən məkanları havadan hədəfə alıblar.
Bu hücum şərqi Qutənin Duma şəhərinə qarşı iddia olunan kimyəvi hücum bəhanəsi ilə həyata keçir.
Suriya dövləti 2014-cü il razılaşması əsasında özünün bütün kimyəvi silahlarını Birləşmiş Millətlər Təşkilatının və Kimyəvi Silahları Qadağa Təşkilatının nümayəndələrinə təhvil verdi və indiyədək Dəməşqin öz öhdəliklərini pozması və Dumada kimyəvi silahdan istifadə etməsinə dəlalət edən heç bir fakt təqdim olunmayıb.